Kəşmirdə Nəzarət Xəttində yenidən hər iki tərəfdən atışma qeydə alınıb

26.04.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistan və Pakistan əsgərləri Cammu və Kəşmirdə Nəzarət Xəttində yenidən atəş açıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə ordudakı mənbəyə istinadən PTI agentliyi məlumat yayıb.

“Aprelin 25-dən 26-na keçən gecə Pakistan ordusunun Kəşmirdə Nəzarət Xətti boyunca müxtəlif postlarından səbəbsiz atıcı silahlardan atəş açılıb. Hindistan qoşunları müvafiq atıcı silahlarla cavab verdilər”, - deyə mənbə bildirib.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Sonuncu belə hadisə aprelin 24-dən 25-nə keçən gecə baş verib.

Agentlik bildirir ki, Hindistan hakimiyyəti Pahalqam atışmasında iştirak edən terrorçuların arxasınca gedəcəklərini bildirdikdən sonra Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью