Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Kot-d’İvuar futbol millisinin yarımmüdafiəçisi Frank Kessye Fransa ilə yoldaşlıq oyununda hakimi rəqib futbolçu ilə səhv salıb.
İdman.Biz xəbər verir ki, epizod birinci hissənin sonlarında baş verib. Kessye hücum zamanı avstriyalı baş hakim Sebastyan Qişameri görməyib və çiyni ilə ona zərbə vurub. Hakim zərbədən sonra yerə yıxılıb.
Hadisəyə baxmayaraq, görüş davam etdirilib. Matç Fransanın Nant şəhərində keçirilib və Kot-d’İvuar 2:1 hesabı ilə qalib gəlib. Fransa millisində Rayan Şerki fərqlənib, Afrika təmsilçisinin qollarını isə Qela Due və Amad Diallo vurublar.