Kətaib Hizbullah liderinin oğlunun həbsinə order verildi

08.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib.

Bakıvaxtı.az xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərəc əl-Həmidavi barəsindədir.

Orderə əsasən, əl-Həmidavi ölkənin təhlükəsizliyini və sabitliyini pozmaq, vətəndaşları qorxutmaq, habelə onların həyatına, azadlığına və əmlakına təhlükə yaratmaq məqsədilə zorakılıq, hədə-qorxudan istifadə edən silahlı qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью