Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Keçən il Keti Perri ilə münasibətini bitirən aktyor Orlando Blum isveçrəli model Luisa Laemmel ilə yeni eşq yaşamağa başlayıb.
OLAY yazır ki, cütlük İtaliya sahillərində tətil edərkən görüntülənib. Blum dəniz eynəyi ilə suya girərkən əzələli bədən quruluşu diqqət çəkib.
Luisa Laemmel Orlando Blumun Keti Perri ilə ayrılığından sonra ilk ictimai münasibəti olduğu bildirilir.
Xatırladaq ki, Orlando Blum məşhur müğənni Keti Perri ilə 12 il münasibətdə olub. 2019-cu ildə nişanlanan və Deyzi Dav adlı 6 yaşlı qızları olan cütlük 2025-ci ildə ayrılıb.