Keti Holms yeni sevgilisi ilə Fotolar

10.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı aktrisa Keti Holms yeni sevgilisi, rəssam Ceyson Bard Yarmoski ilə Nyu-York Moda Həftəsində görüntülənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı aktrisa və 39 yaşlı sənətçi “Cult Gaia”nın 2027-ci ilin yaz-yay kolleksiyasının nümayişində iştirak ediblər. Cütlük tədbirə gedərkən əl-ələ görüntülənib, bir-birinə sarılıb və xoşbəxt görünüb.

Tədbir zamanı ön sırada əyləşən Holms və Yarmoski söhbət edib, səmimi görüntüləri ilə diqqət çəkiblər. Onlar modellər Helena Kristensen və İmanla da foto çəkdiriblər.

Qeyd edək ki, cütlük münasibətlərini sentyabrın 1-də rəsmiləşdirib. Holms sevgilisinin ad günü münasibətilə paylaşım edərək onu “ən yaxşıların ən yaxşısı” adlandırıb.

Daha sonra cütlük İtaliyadakı romantik tətilindən görüntülər paylaşmağa başlayıb. Keti Holms və Ceyson Bard Yarmoskinin Komo gölündə çəkilən fotoları da sosial şəbəkədə böyük maraq doğurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью