Keti Perrinin konsertində təhlükəli anlar Video

20.07.2025

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Müğənni Keti Perri San-Fransiskoda "Lifetimes" turu zamanı çıxışlarından birində çətin anlar yaşayıb.

Axşam.az xəbər verir ki, Perri kəpənək formalı qurğunun üzərində havada hərəkətdə olarkən onun dayağı sınıb. "Kəpənək"lə birlikdə tamaşaçıların başı üzərində havada ilişib qalan müğənni ifasını da yarımçıq qoyub.

Daha sonra o, yaxşı olduğunu göstərmək üçün əlini qaldırıb və "Roar" mahnısını ifa etməyə davam edib. Bu hadisədən sonra qurğu yenidən hərəkət etməyə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью