Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif edilib.
AZƏRTAC-ın “Axios”-a istinadən verdiyi məlumata görə, Zakariya təklifi qəbul edərsə, avqustda administrasiyadan ayrılan Kerolayn Livitti əvəzləyəcək.
Ağ Ev təyinatı hələ rəsmən açıqlamayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton