Icma.az bildirir, Olay.az portalına istinadən.
Paparatsiyalar müğənni Keti Perri və Kanadanın keçmiş baş naziri Castin Trüdonu Fransanın cənubunda yaxtada gəzinti zamanı görüntüləyiblər.
OLAY yazır ki, fotolarda 41 yaşlı müğənni mavi rəngli paltarda, 54 yaşlı Trüdo isə yaşıl köynək və şalvarda görünür. Göründüyü kimi, onlar vaxtlarını xoş keçirirlər.
Kadrlardan birində siyasətçinin yanındakı qadının çiyinlərinə və sinəsinə diqqətlə günəş kremi çəkdiyi, daha sonra isə cütlüyün birlikdə selfilər çəkdiyi görünür.