Kevin de Bruyne ABŞ klubu ilə ilkin razılığa gəlib

07.02.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kevin de Bruyne cari mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək. Sport24.az "Todofichajes"-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirəcək.

Belçikalı "San Dieqo" ilə müqavilə bağlamaq üçün ilkin razılığa gəlib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2015-ci ilin avqustundan "Mançester Siti"də çıxış edir. Tərəflər arasındakı mövcud müqavilə bu ilin iyununda başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью