Kevin De Bruyne Fənərbaxçanın hədəfində İdman və Biz

26.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Belçikalı futbolçu Kevin De Bruyne "Fənərbaxça"nın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yayda "Mançester Siti"ni tərk edəcək 33 yaşlı yarımmüdafiəçi ilə planetin bir çox klubları maraqlanır. Qarşısına böyük hədəflər qoyan "Fənərbaxça" növbəti ulduzu İstanbula gətirmək arzusundadır. Zədə üzündən De Bruyne bu mövsümdə cəmi 15 oyunda meydana çıxa bilib.

Qeyd edək ki, mövsümün sonunda sərbəst qalacaq Kevin ABŞ və Səudiyyə Ərəbistanı klublarının da transfer siyahısında yer alıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью