Kevin de Brüyne İtaliya klubu ilə danışıqlar aparır

13.05.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne karyerasını "Napoli"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Switzerland" məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, İtaliya klubu yayda azad agentə çevriləcək 33 yaşlı belçikalı ilə danışıqlar aparır.

Qeyd edək ki, De Brüyne aprelin əvvəlində cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb. O, 2015-ci ildən "şəhərlilərin" formasını geyinir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью