Kevin De Bruyne Mançester Siti nin heyətində yeni uğura imza atıb

03.05.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Kevin De Bruyne baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında yeni uğura imza atıb.

AZXEBER.COM xəbər verir ki, o, ispaniyalı mütəxəssisin çalışdırdığı komandalar tarixində 250 qolun vurulmasında (qol və assist) pay sahibi olan ikinci futbolçu olub.

Belçikalı yarımmüdafiəçi ötən gün İngiltərə Premyer Liqasının XXXV turunda "Vulverhempton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolu vurub.

Qeyd edək ki, daha əvvəl bu sayda göstərici "Barselona"nın (İspaniya) sabiq üzvü Lionel Messiyə məxsus olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью