Kevin De Bruyne “Mançester Siti”dən ayrılır? açıqlama İdmanXəbər

23.01.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu “Mən hələ klubla danışmamışam. Formaya düşmək istəyirdim. Mən bunu bacardım, ona görə də indi xoşbəxtəm. Gəlin görək gələcəkdə nə olacaq” – deyə, bildirib.

De Bruynenin “Mançester Siti” ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu mövsüm 33 yaşlı belçikalı komandanın heyətində 20 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью