Kevin De Brüynenin vida oyunu Video

21.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, turun son oyun günündə “Mançester Siti” doğma meydanda “Bornmut”u qəbul edib. 

“Şəhərlilər” rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

Bu görüş həm də Kevin De Brüynenin “Mançester Siti”nin heyətində son oyunu olub. Belçikalı futbolçu azarkeşlərlə vidalaşıb.

Qeyd edək ki, o, 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Kevin bu klubda 277 maçt keçirib və 70 qol vurub. 




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью