Kevin De Bruynenin yeni komandası bəlli olub

07.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belçikalı pleymeyker Kevin De Bruyne 2024/2025 mövsümünün sonunda "Mançester Siti"ni tərk edəcək.

Oxu.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi artıq yeni klubu ilə bağlı da qərarını verib. O, karyerasını ABŞ-də davam etdirəcək. Təcrübəli oyunçu ABŞ-nin "San Dieqo" klubuna keçidə razılaşıb.

De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçunun ingilis klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. "Transfermarkt" ulduz futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью