Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu mövsümün sonu “Mançester Siti”dən ayrılacaq Kevin de Brüynenin yeni komandası müəyyənləşib.
QOL.az “Relevo”ya istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını İtaliyada davam etdirəcək.
33 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümü A seriyasının qalibi “Napoli” ilə anlaşıb. Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.
O, illik 6 milyon avro qazanacaq.