Kevin Durant əfsanəvi basketbolçuların uğurunu təkrarlayıb

05.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ millisinin və “Finiks” komandasının məşhur basketbolçusu Kevin Durant dörd əfsanəvi oyunçunun uğurunu təkrarlayıb.

36 yaşlı idmançı buna “Filadelfiya”ya qalib gəldikləri (118:116) qarşılaşmada nail olub.

O, görüşdə 35 xalla yadda qalıb. Beləliklə, Durantın karyerasında ən azı 25 xal topladığı matçların sayı 700 olub.

Daha əvvəl Lebron Ceyms (940), Karim Abdul-Cabbar (793), Karl Meloun (789) və Maykl Cordan (769) bu rəqəmə çata bilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью