Kevin Medina: Hər kəs Çempionlar Liqasında yazılan tarixdən məmnundur

29.01.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər kəs UEFA Çempionlar Liqasında yazılan tarixdən məmnundur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur", - deyə o bildirib.

Kolumbiyalı müdafiəçi pley-offdakı potensial rəqibləri də dəyərləndirib:

"İndi yolumuza davam etməliyik. Qarşıdakı pley-off mərhələsini gözləyirik. Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью