Kevin Medina Qarabağ la belə vidalaşdı Video

17.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kevin Medina "Qarabağ"la belə vidalaşdı - Video

“Qarabağ”dan ayrılan kolumbiyalı müdafiəçi Kevin Medina klub və azarkeşlərlə vidalaşıb.

QOL.az xəbər verir ki, futbolçu sosial media hesabında paylaşım edərək Ağdam təmsilçisində keçirdiyi illərin onun karyerasında xüsusi yer tutduğunu bildirib:

"Bu gün həm həyatımda, həm də karyeramda dərin izlər buraxan klubla vidalaşıram. “Qarabağ”a ilk addım atdığım andan etibarən məni səmimiyyətlə qarşılayan peşəkar ailə, yaxın dostlara çevrilən komanda yoldaşları və hər zaman yanımızda olan azarkeşlər qazandım. Bu formanı geyinmək və bu loqonu təmsil etmək mənim üçün böyük bir şərəf və məsuliyyət idi. Meydana çıxdığım hər oyunda maksimum hörmət və fədakarlıqla mübarizə aparmağa çalışdım".

Medina həmçinin rəhbərliyə, məşqçilərə və komanda yoldaşlarına təşəkkür edərək “Qarabağ” azarkeşlərinə də xüsusi minnətdarlıq mesajı ünvanlayıb və onların dəstəyini heç vaxt unutmayacağını qeyd edib.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən 33 yaşlı müdafiəçinin karyerasını Malayziyanın “Johor” klubunda davam etdirəcəyi gözlənilir.

View this post on Instagram

A post shared by Kevin Medina (@kevinmedina81_81)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью