Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul"la qarşılaşacaq təmsilçimiz "Qarabağ"ın iki futbolçusu pley-off mərhələsində iştirak etməyə bilər.
Moderator.az xəbər verir ki, Ağdam klubunda Kevin Medina və Mateus Silva sarı vərəqə limitində olduqları üçün daha diqqətli olmalıdırlar.
Hər iki müdafiəçi Liqa mərhələsində artıq iki dəfə sarı vərəqə alıb. Alacaqları növbəti sarı kart onları, "Qarabağ" pley-off mərhələsinə düşərsə, ilk qarşılaşmada iştirakdan məhrum edə bilər.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı bu gecəyarı başlayacaq.