Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hollivud aktyoru Kevin Speysi bu yaxınlarda verdiyi müsahibədə evsiz qalması ilə bağlı sözlərinin təhrif olunduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, 66 yaşlı aktyor bununla bağlı sosial media hesabında məlumat yayıb.
K.Speysi çətin dövrdən keçdiyini, lakin kirayədə və ya hotellərdə qaldığını vurğulayıb:
"Küçələrdə, öz maşınlarında yaşayan, həqiqətən ağır maddi vəziyyətdə olan çox sayda insan var. Onlar üçün çox narahatam. Lakin onlardan biri deyiləm. Mən özümü onlarla bir tutmağa çalışmamışam. Məqalənin kliklərin sayını artırmaq üçün mətnin mahiyyətini təhrif edilərək yayılması məni çox utandırır. Buna görə pərəstişkarlarımdan üzr istəyirəm".
Qeyd edək ki, 2017-ci ildən bəri Speysiyə qarşı ondan çox seksual xarakterli təcavüz ittihamı irəli sürülüb. Londonda 2023-cü ildə, ABŞ-də isə 2022-ci ildə bəraət almasına baxmayaraq, Speysinin Hollivud karyerası ciddi zərbə alıb.
Son illər aktyor yalnız gənc rejissorların aşağı büdcəli layihələrində və Kiprdə keçirilən şou proqramlarda iştirak edib. Buna baxmayaraq, o, yenidən böyük ekrana qayıdacağına ümid edir.