Kevin Speysiyə qarşı daha bir ittiham

14.02.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Oskar" mükafatlı məşhur amerikalı aktyor Kevin Speysi yenidən təcavüzdə ittiham olunub.

Axşam.az xəbər verir ki, bunu britaniyalı aktyor Ruari Kennon iddia edib. O, bildirib ki, 2013-cü ildə 21 yaşı olarkən Speysi Londondakı "Old Vic" Teatrında ona təcavüz edib. Həmin ərəfədə  Speysi teatrın bədii rəhbəri vəzifəsində çalışıb.

O, aktyoru məhkəməyə verərək təzminat tələb edib.

Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu. O, bütün ittihamlardan bəraət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью