Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Kolbasa işlənmiş ət məhsulu olduğuna görə, keyfiyyətli şəkildə istehsal olunsa belə, gündə 50 qramdan çox qəbul etmək tövsiyə olunmur".
Bunu 525.az-a sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova söyləyib. Mütəxəssis qeyd edib ki, keyfiyyətli kolbasanı seçərkən birinci növbədə markalanmasına diqqət etməliyik. Üzərində istehsalçı şirkətə aid məlumatlar tam şəkildə olmalıdır: ünvanı, telefon nömrəsi, istehsal tarixi, son istifadə müddəti və tərkibində istifadə olunan bütün maddələr tam şəkildə qeyd olunmalıdır. Mütləq şəkildə saxlama şəraiti haqqında da məlumat verilməlidir və satılan yerdə həmin saxlama şəraiti qaydalarına əməl olunması vacibdir. Buna da diqqət etmək lazımdır:
"Keyfiyyətli kolbasa və sosislər bir neçə növə bölünür. Onlar bişirilmiş, hisə verilmiş, bişirilib-hisə verilmiş və yarımbişmiş formada satılır. Ona görə də növlərinə görə hər birinin saxlama müddəti fərqli olur: 15 gün, 30 gün və daha uzun müddət saxlanılan məhsullar da var. Xüsusilə hisə verilmiş məhsullar daha uzun müddət saxlanıla bilir. Mütləq şəkildə həm daşınmada, həm də saxlanmada soyuducuda temperatur rejiminin pozulmamasına diqqət edilməlidir".
Sevinc Qarayeva