Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Havaların istilənməsi ilə istifadə edilən aksessuarlaran ən önəmlisi günəş eynəkləridir. Mütəxəssislər bununla bağlı xəbərdarlıq ediblər.
Günəş eynəklərini seçərkən diqqətli olmalı, keyfiyyətli olmasından əmin olmalıyıq.
Saxta eynəklər gözlərdə kataraktın inkişafını sürətləndirə bilər.
Vətəndaşlara xəbərdarlıq edən mütəxəssislər bazarda satılan keyfiyyətsiz və markasız eynəklərin seçilməsinin gələcəkdə böyük sağlamlıq problemlərinə səbəb ola biləcəyini qeyd ediblər.
Bununla bağlı türkiyəli mütəxəssis Oğuzhan Genç bəzi məqamlara diqqət çəkib.
“Yay aylarında və ya yaz aylarında ən çox rast gəlinən göz xəstəliklərindən biri göz allergiyasıdır.
Göz allergiyası ətraf mühitin tozcuqları, polen və ya digər faktorları səbəbindən gözdə qaşınma, ağrı və qızartı ilə irəliləyən bir xəstəlikdir.