Keylor Navas bu kluba qoşulmaq üzrədir

09.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Real Madrid"in və PSJ-nin sabiq qapıçısı Keylor Navasın karyerasını harada davam etdirə biləcəyi bəllidir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.

Xəbərə görə, azad agent statusu daşıyan 38 yaşlı qolkiper "Boka Xuniors"dan təklif alsa da, Argentina klubu ilə aparılan danışıqlar müsbət nəticələnməyib. Mənbə hazırda Navasın Çili təmsilçisi "Kolo-Kolo"ya qoşulmağa yaxın olduğunu vurğulayıb.

Xatırladaq ki, Navas son klubu PSJ-də 115 matça çıxıb. Təcrübəli "çərçivə" qoruyucusu bu qarşılaşmaların 52-də qapısını toxunulmaz saxlayıb.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью