Keyn 46 illik rekordu qırdı

19.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bayern Münhen”in ingiltərəli hücumçusu Harri Keyn Bundesliqada 100 qol həddinə ən sürətli çatan futbolçu olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.

Məlumata görə, 33 yaşlı forvard bu uğura “Union Berlin”lə oyunda imza atıb. “Bayern Münhen” rəqibini 7:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Keyn dubl edib.

Futbolçu Bundesliqada 100-cü qolunu 98-ci oyununda vurub. Bununla da o, 1977-ci ildən bəri qorunan rekordu yeniləyib. Əvvəlki rekord “Köln”ün sabiq hücumçusu Ditər Müllerə məxsus idi. O, 100 qola 129 oyunda çatmışdı.

Keyn qarşılaşmadan sonra 100-cü və 101-ci qollarını vurduğu üçün qürur duyduğunu bildirib.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью