Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu

05.11.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu

“Bavariya” ilə müqaviləsini 2029-cu ilə qədər uzadan Harri Keyn Avropanın ən yüksək ödənişli futbolçusu olub.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, İngiltərə millisinin hücumçusunun yeni müqavilə üzrə maaşı “Bavariya” tarixində rekord olacaq. Bu da onu Avropanın ən çox qazanan futbolçusuna çevirəcək. Onun maaşının təxminən illik 25 milyon avro olduği bildirilib.

Qeyd edək ki, 33 yaşlı Harri Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. O, iki dəfə Bundesliqanın çempionu olub, Almaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb. Ötə ay isə “Qızıl top” mükafatına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью