Keyn Barselona iddiaları haqda nə dedi?

22.02.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Bavariya''nın qol silahı Harri Keyn ilk dəfə ''Barselona'' iddiaları ilə bağlı açıqlamalar verib.

Xatırladaq ki, ötən gün Kataloniya nəhəngində prezidentliyə namizədlərdən biri olan Xavi Vilaxoana komandanın məhz Keyn kimi bir forvarda ehtiyac duyduğunu və prezident seçiləcəyi təqdirdə bu futbolçunu İspaniyaya gətirmək üçün əlindən gələni edəcəyini bildirmişdi. Bu sözləri böyük ajiotaja səbəb olan Vilaxoana artıq futbolçunun rəsmiləri ilə əlaqə saxladığını da əlavə etmişdi.
Bu mövsüm əsrarəngiz məhsuldarlıq sərgiləyən və Münhen nəhənginin heyətində 36 rəsmi oyuna 43 qol vuran İngiltərə yığmasının kapitanı bunları deyib:

''Bu mövzuda ümumiyyətlə heç nə eşitməmişəm. Bu məsələlərlə atam və qardaşım məşğul olur. Amma onlar mənə yeni heç bir məlumat verməyiblər. Daha öncə də dəfələrlə dediyim kimi ''Bavariya''da çox xoşbəxtəm. Bütün diqqətimi yalnız bu mövsümə və komandamın uğur qazanmasına yönəltmişəm. Haqqımda səsləndirilən son fikirləri isə sadəcə kompliment kimi qəbul edirəm''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью