Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
“Bavariya”nın hücumçusu Harri Keyn klubla yeni müqavilə üzrə danışıqları müvəqqəti dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İngiltərə millisinin üzvü hazırda bütün diqqətini 2026-cı il dünya çempionatındakı çıxışına yönəltmək qərarına gəlib. Danışıqların turnir başa çatdıqdan sonra bərpa olunacağı gözlənilir.
Həmçinin qeyd olunur ki, Keyn hazırda heç bir başqa klubla danışıqlar aparmır.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayından “Bavariya”nın formasını geyinir. Onun Münhen təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır.