Keyn Bavariya ilə müqaviləsini uzadacaq danışıqlar başlayır

09.08.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Herri Keyn “Bavariya”da daha üç il qala bilər.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin hücumçusunun Almaniya klubu ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzatması gözlənilir. Danışıqlar gələn həftə başlayacaq.

33 yaşlı futbolçunun maaşında ciddi dəyişiklik nəzərdə tutulmur. Hazırda Keyn 21,5 milyon funt-sterlinq (25 milyon avro) maaş alır və "Bavariya"da ən yüksək maaş alan iki futbolçudan biridir. Digər futbolçu isə Camal Musialadır.

Keynin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью