Keyn Çempionlar Liqasında 10 cu oldu

11.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Bavariya”nın futbolçusu Harri Keyn Çempionlar Liqasında 55-ci qolunu vurub.

İdman.Biz xəbər verir ki, ingiltərəli forvard turnirin 2026/27 mövsümünün ümumi mərhələsinin ilk turunda “Budö-Qlimt”in qapısına yol tapıb. Keyn bununla da Çempionlar Liqasında 71 matçda 55 qol vurub.

Hazırda 33 yaşlı futbolçu turnirin bombardirlər siyahısında 10-cu pillədə qərarlaşıb. Ondan əvvəl “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroy (56), “Bavariya”nın sabiq forvardı Tomas Müller (57) və “Mançester Siti”nin hazırkı hücumçusu Erlinq Holand (59) yer alır.

Keynin Holanda çatmasına 4 qol, Mülleri keçməsinə isə 3 qol qalıb.

Qeyd edək ki, “Bavariya” ilk turda “Budö-Qlimt”i 5:0 hesabı ilə məğlub edib.

Növbəti turda Münhen təmsilçisi oktyabrın 13-də “Vikinq”lə qarşılaşacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью