Keyn Cerrardın rekordunu geridə qoydu

28.04.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Harri Keyn Çempionlar Liqası tarixində ardıcıl 6 oyunda qol vuran ilk ingilis futbolçu olub.

Sportal.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Çempionlar Liqasının yarımfinalının ilk oyununda PSJ-yə qarşı 17-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib (3:2, ilk hissə).

Keyn turnirdə əvvəlki 5 oyunda da qol vurmuşdu. Ümumi mərhələdə “Yunion” və “PSV”yə, 1/8 finalda “Atalanta”ya, 1/4 finalda isə “Real"a qarşı hər iki oyunda. Son 6 ÇL matçında o, ümumilikdə 8 qol vurub.

Beləliklə, Keyn İngiltərə futbolçuları arasında Çempionlar Liqasında ardıcıl oyunlarda qol vurma rekordunu yeniləyib və 2008-ci ildə 5 oyun ardıcıl qol vuran Stiven Cerrardı geridə qoyub.

Qeyd edək ki, cari turnirdə isə Keynin göstəricisi 13 oyunda 13 qoldur.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью