Keyn fantastik təklifə “yox” dedi

20.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya”nın futbolçusu Harri Keyn “Əl Hilal”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu ingiltərəli hücumçuya illik 100 milyon avro qazanacağı müqavilə təklif edib. Forvard Münhendə qalmaq istədiyi üçün “yox” cavabı verib.

33 yaşlı futbolçu “Bavariya”da oynamağa davam etmək niyyətindədir. O, klubla yeni müqavilə danışıqları aparır.

Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. O, komandada 94 oyunda 98 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью