Fanat saytına istinadən Icma.az xəbər verir.
“Bayern Münhen”in hücumçusu Harri Keyn klubdakı gələcəyi və yeni müqavilə ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bundesliga.com" yayıb.
Məlumata görə, İngiltərə millisinin kapitanı Münhen klubuyla müqavilənin uzadılması ilə bağlı danışıqların müsbət istiqamətdə getdiyini bildirib. Keyn tərəflərin razılığa yaxın olduğunu və yaxın zamanda bununla bağlı açıqlama veriləcəyini deyib.
“Danışıqlar yaxşı gedir. Demək olar ki, razılığa gəlmişik. Hələ həll etməli olduğumuz bir neçə məsələ var. Burada xoşbəxtəm. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı hansısa açıqlama olacaq”, - Keyn bildirib.
33 yaşlı futbolçunun “Bayern” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Keyn 2023-cü ildə “Tottenhem”dən Almaniya klubuna keçib.
Futbolçu Münhendə özünü rahat hiss etdiyini və hazırkı məşqçi, komanda və mühitin onun ən yüksək səviyyədə çıxış etməsinə kömək etdiyini də vurğulayıb.
Almaniya klubunun rəhbərliyi də Keynlə müqavilənin uzadılmasında maraqlı olduğunu açıq şəkildə bildirib.
Əlisahib İbrahimli