Keyn Haalandı geridə qoydu

23.11.2024

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bavariya"nın futbolçusu Harri Keyn rekorda imza atıb.

Apasport.az xəbər verir ki, o, bunu Bundesliqanın XI turunda bacarıb.

Hücumçu "Auqsburq"la matçda het-trik müəllifi olub. Bununla da, ingiltərəli Almaniya çempionatında vurduğu qolların sayını 50-yə yüksəldib.

Forvard bu göstəriciyə 43 oyunda çatıb. O, Erlinq Haalandı geridə qoyub və yeni rekorda imza atıb.

"Mançester Siti"nin ulduzu Bundesliqada 50 qol həddinə 50 matça çatmışdı. 

4 nəhəng "Çelsi"nin yetirməsi ilə maraqlanır Messi: "Barselonaya qayıtmağı düşünürük" Türkiyə klubunun baş məşqçisi öldürülüb "Mançester Yunayted" "Atalanta"nın futbolçusu uğrunda mübarizəyə qoşulub PSJ ''Park de Prens''i tərk edir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью