Keyn İspaniya klubuna keçə bilər

02.11.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

“Bayern”in hücumçusu Harri Keyn İspaniya klubuna keçə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu “Barselona”nın transfer siyahısındadır. Forvard 65 milyon avroya, gələn yay “Bayern”dən Kataloniya klubuna transfer oluna bilər. Klub onu polşalı hücumçu Robert Levandovskinin əvəzedicisi kimi nəzərdən keçirir.
Keynin “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. 32 yaşlı hücumçu bu mövsüm Bundesliqada 9 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Atletiko” 3 xalı 3 qolla qazandı Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb A Seriyası: “Udineze” qələbə qazandı, “Napoli” büdrədi Bundesliqa: "Bayern" evdə "Bayer"i məğlub edib "Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью