Icma.az, Fanat saytına istinadən bildirir.
“Barselona” növbəti mövsüm hücum xəttində dəyişiklik etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, Robert Levandovskinin mümkün ayrılığı fonunda klubun əsas hədəfi Harri Keyn olacaq.
Bu barədə məlumatı "Guardian" nəşri yayıb.
32 yaşlı ingilis hücumçunun sərbəst qalma bədəli 65 milyon avrodur və kataloniyalılar bu məbləği ödəməyə hazır ola bilərlər.
Xüsusilə komandanın hücum xəttində yenilənmə ehtiyacı olduğu üçün Keynin oyun stili rəhbərlik tərəfindən uyğun variant kimi dəyərləndirilir.
“Barselona”nın hücum xəttində yaşlanma problemi və performans enişi fonunda rəhbərliyin yeni lider axtarışında olduğu bildirilir. Kane isə həm təcrübəsi, həm də yüksək qol potensialı ilə irəli xəttin əsas oyunçusu ola bilər.
Kamil Xudiyev