Keyn kumirindən danışdı

20.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin "Qızıl top" mükafatının sahibi Harri Keyn fransalı ulduz futbolçu Kərim Benzema barədə müsbət fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, forvard hər zaman Benzemanın böyük pərəstişkarı olduğunu bildirərək, onun 2022-ci ildə "Real Madrid" klubunun heyətində qazandığı nailiyyətləri xüsusi qeyd edib.

Keynin sözlərinə görə, həmkarı yarımmüdafiə xəttinə qədər geriyə çəkilərək faktiki olaraq "10 nömrə" mövqeyində çıxış etmək, oyunun gedişatını idarə etmək və lazımi məqamda rəqibin cərimə meydançasına daxil olmaq kimi nadir keyfiyyətlərə malikdir. İnternetdən sifariş

Fiziki göstəricilərinin müəyyən qədər fərqləndiyini etiraf edən Harri Keyn meydandakı düşüncə tərzi baxımından özlərini bir-birinə bənzədib. O, fikrini bu sözlərlə yekunlaşdırıb:

"Amma oyun zəkası, boş zonaları tapmaq və ətrafımızdakı futbolçulara kömək etmək istəyi baxımından oyun üslublarımız arasında çox böyük oxşarlıqlar görürəm".

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью