Keyn millinin gələcək kapitanından danışdı

12.11.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keyn millinin gələcək kapitanından danışdı

İngiltərə millisinin kapitanı Harri Keyn özündən sonra bu vəzifəni Cud Bellinqem və Deklan Raysdan birinin tuta biləcəyini düşünür.

QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə “TalkSPORT”a açıqlamasında bildirib:

"Düşünürəm ki, Bellinqem kapitan olmaq üçün lazımi keyfiyyətlərə malikdir. Açığı, bu vəzifəyə ya o, ya da Deklan layiqdir. Rays da əla liderlik xüsusiyyətləri nümayiş etdirir. Hər ikisi məsuliyyəti üzərinə götürür. Mən də bacardığım qədər onlara kömək edir, məsləhətlərimi və təcrübəmi bölüşür, nümunə olmağa çalışıram.

Düşünürəm ki, kapitanlıqdan ayrılacağım gün gələndə bu vəzifəni onlardan biri tutacaq. Onlar fərqli xarakterlərə malikdirlər. Seçim baş məşqçinin kapitanından nə gözləməsindən asılı olacaq.

Cud inanılmaz futbolçudur. Təkcə meydandakı çıxışına görə yox, çünki o, həqiqətən də xüsusi və bənzərsiz oyunçudur. Hiss edirəm ki, xüsusilə dünya çempionatından sonra daha çox məsuliyyət götürməyə başlayıb. O, İngiltərə millisinin üzvü olmağın nə demək olduğunu yaxşı anlayır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью