Keyn millinin tarixinə düşdü: 4 cü pilləyə yüksəldi

12.06.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmadakı oyun sayına görə Stiven Cerrarda çatıb.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə millisinin rəsmi sosial şəbəkə hesabı məlumat yayıb.

DÇ-2026 öncəsi Kosta-Rika ilə keçirilən yoxlama oyunu Keyn üçün milli komandada 114-cü matç olub. İngiltərənin 3:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra 32 yaşlı hücumçu sabiq yarımmüdafiəçi Stiven Cerrardla eyni göstəriciyə sahib çıxıb.

İngiltərə millisində Keyndən daha çox yalnız Piter Şilton, Ueyn Runi və Devid Bekhem oynayıb. Şiltonun aktivində 125, Runinin 120, Bekhemin isə 115 matçı var.

Qeyd edək ki, Harri Keyn İngiltərə millisində keçirdiyi 114 oyunda 79 qol vurub və 19 məhsuldar ötürmə edib. DÇ-2026 onun karyerasında üçüncü dünya çempionatı olacaq. İngiltərə qrup mərhələsində Xorvatiya, Qana və Panama ilə qarşılaşacaq.

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Ev sahibi Kanada Bosniya və Herseqovinaya qarşı - YENİLƏNİR DÇ 2026: A qrupunda ilk mənzərə Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş Kanada üçün ciddi itki – Alfonso Devis heyətdə olmayacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью