futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Bavariya” Almaniya Kubokunda “Osnabrük”ü məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Harri Keyn bu görüşdə qol vurmağı bacarıb. O, turnirdə ardıcıl 7 matçdır, fərqlənir.
Keyn bu göstəricidə komandanın sabiq futbolçuları Gerd Müller və Tomas Müllerə çatıb.
Hər iki oyunçu Almaniya Kubokunda ardıcıl yeddi oyunda qol vura bilmişdi. Gerd 1967/68, Tomas isə 2013/14 mövsümündə bunu bacarıb.