Keyn Peleni ötdü

17.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində Albaniyanı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, komandanın qollarını Harri Keyn vurub.

32 yaşlı hücumçu bununla da yığmadakı qollarının sayını 78-ə çatdırıb. O, dünyada millidə ən çox qol vuranların siyahısında 12-cidir.

77 qolu olan mərhum futbolçu Peleni qabaqlayan Keyn iranlı Hüseyn Said ilə 12-ci sıraya şərikdir.

Milli formada ən çox qol vuran isə Kriştiano Ronaldodur. O, Portuqaliya yığmasıyla 143 qola imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью