Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Harri Keynin hazırkı komandasında daha uzun müddət oynamaq imkanı var.
"Football-plus.az" xəbər verir ki, “Bavariya” rəhbərliyi aparıcı futbolçunun gələcəyi haqda qərar qəbul edib. Almaniya klubu ingiltərəli hücumçu ilə müqavilənin müddətinin 2029-cu ilin yayına qədər uzadılması üçün danışıqlara bu həftə başlayacaq. “The Times” qəzetinin məlumatına görə, 33 yaşlı futbolçu məzuniyyətdən qayıtdıqdan sonra rəhbərliklə görüşərək yeni müqavilənin şərtlərini müzakirə edəcək. Onun illik təxminən 25 milyon avro olan maaşının çox da artırılmayacağı gözlənilir.
Keyn “Bavariya”ya 2023-cü ilin yayında 100 milyon avroya “Tottenhem”dən keçib. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdi. Harrinin ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxdığını, 61 qol vurub 7 məhsuldar ötürmə etdiyini də xatırladaq.