Icma.az, Apasport portalına istinadən məlumat verir.
İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti rekorda imza atıb.
Apasport.az xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın Panama ilə oyununda vurduğu qolla dünya çempionatlarında İngiltərə millisinin ən məhsuldar futbolçusu olub.
Beləliklə, Keyn mundiallardakı qol sayını 11-ə çatdıraraq bu göstəricidə əfsanəvi Qari Linekeri (10 qol) geridə qoyub və yeni rekordun sahibi olub.
Qeyd edək ki, Harri Keyn dünya çempionatlarında vurduğu 11 qolu 2018, 2022 və 2026-cı il turnirlərində vurub.
DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? “Real” onunla bağlı qərarını verdi - RƏSMİ Trossard dubl etdi - Matçın oyunçusu seçildi Misirin rəqibi bəlli oldu - Avstraliya ilə 1/8 uğrunda Muslera üçün kabus kimi mundial - Səhvlər və erkən əvəzlənmə