Keyn üçün danışıqlar başladı İlin transferi

02.12.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Barselona” Harri Keynin transferi üçün “Bavariya” ilə danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, futbolçunun müqaviləsində onun klubunu mövsümün sonunda 65 milyon avroya tərk etməsinə imkan verən bənd var. “Barselona”da prezident seçkilərində Joan Laporta ilə yarışacaq Xavier Vilajoana da kluba rəhbər gələcəyi təqdirdə Harri Keyni transfer edə biləcəyini ifadə edib. O bildirib ki, klubda Harri Keyn profilində oyunçu yoxdursa, o transfer edilə bilər. “Bavariya”nın Harri Keyni klubda saxlamaqda maraqlı olduğu irəli sürülüb.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. “Barselona” Harri Keyni Levandovskinin yerinə transfer etmək istədiyi qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью