Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keyn, Yamal, Dembele...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Goal" portalı Çempionlar Liqasının yarımfinal mərhələsindən sonra "Qızıl top" mükafatına əsas namizədlərin yeni siyahısını açıqlayıb.
QOL.az xəbər verir ki, nəşrin məlumatına görə, hazırda mükafatın əsas favoriti "Bavariya"nın hücumçusu Harri Keyndir. Siyahıda ikinci yeri "Barselona"nın vingeri Lamin Yamal, üçüncü pilləni isə PSJ-nin futbolçusu Usman Dembele tutur.
İlk 10-luq belədir:
1. Harri Keyn ("Bavariya")
2. Lamin Yamal ("Barselona")
3. Usman Dembele (PSJ)
4. Deklan Rays ("Arsenal")
5. Maykl Olise ("Bavariya")
6. Kilian Mbappe ("Real")
7. Xviça Kvaratsxeliya (PSJ)
8. Erlinq Haaland ("Mançester Siti")
9. Vitinya (PSJ)
10. Luis Dias ("Bavariya")