Keyn yenidən Barselona nın hədəfində

02.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Keyn yenidən "Barselona"nın hədəfində

"Barselona" "Bavariya"nın hücumçusu Harri Keyni transfer etmək variantını gündəmdə saxlayır.

QOL.az xəbər verir ki, "Sport.es"in məlumatına görə, futbolçunun 65 milyon avroluq sərbəstqalma maddəsi artıq qüvvədə deyil. Buna görə də Kataloniya klubu transfer üçün birbaşa "Bavariya" ilə danışıqlar aparmalıdır. Münhen təmsilçisinin isə danışıqlara minimum 80 milyon avrodan başlamağa hazır olduğu bildirilir.

Məlumata görə, Keyn də "Barselona"ya keçidə müsbət yanaşır.

Qeyd edək ki, 32 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью