Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İngiltərə milli komandasının və Münhen “Bavariya”sının hücumçusu Harri Keyn klubla yeni müqavilə ətrafında aparılan müzakirələrdən danışıb.
Futbolpress.az xəbər verir ki, Almaniya mətbuatına açıqlama verən təcrübəli forvard tərəflər arasında ilk rəsmi görüşün elə bu həftə baş tutduğunu bildirib:
“İlk görüşümüz bu həftə oldu, lakin bu cür vacib məsələlər qısa müddətdə həll olunmur. Qarşıda hələ uzun müzakirələr və dəqiqləşdirilməli olan xırda detallar var. Hələlik təfərrüatları açıqlamaq istəmirəm. Danışıqlar müsbət məcrada irəliləyir. Yaxın həftələrdə də dialoqu davam etdirəcəyik, sonrasının necə olacağını isə zaman göstərəcək”.