Keyndən hettrik, Bavariyadan ardıcıl 5ci qələbə VİDEO İdman və Biz

23.11.2024

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Almaniya Bundesliqasında 11-ci tura start verilib.

İdman.biz xəbər verir ki, "Bavariya" "Auqsburq"la qarşılaşıb.

Münhen klubu öz meydanında böyük hesabla qalib gəlib. "Pivəçilər" fasilədən sonra qonaq komandanın qapısından 3 cavabsız top keçiriblər. Harri Keyn hər üç qolun müəllifi olub. Ardıcıl 5-ci qələbəsini qazanan "Bavariya" ən yaxın izləyicisi ilə xal fərqini 8-ə yüksəldib.

Qeyd edək ki, ingilis forvard 11 oyunda 14 dəfə fərqlənib.

Almaniya Bundesliqası
11-ci tur

"Bavariya" - "Auqsburq" - 3:0

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью