Keyndən Qızıl top etirafı 100 qol da vursam...

17.11.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu mövsüm əla məhsuldarlıq nümayiş etdirən ''Bavariya''nın qoleadoru Harri Keyn son açıqlaması ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, ingiltərə yığmasının kapitanı ''Qızıl top''u qazanmaq perspektivi haqda danışıb.
O bildirib ki, bu mükafatı qazanmaq üçün təkcə fenomenal məhsuldarlıq yetərli deyil. Eyni zamanda ciddi titul qazanmaq da tələb olunur:

''Bu mövsüm hətta 100 qol da vura bilərəm. Amma Çempionlar Liqasının və ya dünya çempionatının qalibi olmasam, böyük ehtimalla yenə ''Qızıl top''u qazanmayacam. Bu durum Erlinq Holann və ya digər futbolçular üçün də keçərlidi. Dünyanın ən yaxşısı seçilmək üçün hökmən böyük titul qazanmalısan''.

Keyn bu mövsüm ''Bavariya''da 17 rəsmi oyunda 23 qol vurub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью